YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan ordusu qüdrətinə, nizamlılığına və gücünə görə dünyanın ən qabaqcıl orduları sırasındadır

Artıq ikinci ildir ki, xalqımız 26 İyun Silahlı Qüvvələr gününü qalib xalq olaraq, müzəffər ordunun bayramını qeyd edir. Bu gün Azərbaycan ordusu qüdrətinə, nizamlılığına və gücünə görə dünyanın ən qabaqcıl orduları sırasındadır. İkinci Qarabağ müharibəsi zamanı bütün dünya Azərbaycan ordusunun şücaətinə,  qəhrəmanlığına şahidlik etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatların öyrənilməsinin zəruriliyi ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri tərəfindən qeyd edilir. Əlbətdə bütün bunlar Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin ordu quruculuğu və hərb sahəsində həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda ordu quculuğu sahəsində həyata keçirilən işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə Heydər Əliyevin gərgin əməyi və böyük zəhməti hesabına Azərbaycanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev tərəfindən, ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atıldı və fərmanlar imzalandı.

Ulu Öndər Heydər Əliyev tərəfindən1999-cu il fevralın 20-də hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı. Ümumilli Liderin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuşdur.”

Əsası Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərb siyasəti bu gün cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev tərəfində uğurla davam və inkşaf etdirilməkdədir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır: “ Bu gün Azərbaycanda xalq-ordu birliyi ordumuzun gücünə daha da güc qatır. Bu güc sayəsində Azərbaycan Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad edərək qalib xalqa çevrildi. Yaşasın Ali Baş Komandanımız cənab İlham Əliyev, Yaşasın Müzəffər Azərbaycan ordusu!”