YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Ötən ilyarımda 103 min müharibə iştirakçısı, müharibə əlili və şəhid ailəsinə 190 min xidmət göstərilib

Ötən il yarım ərzində 103 min müharibə iştirakçısı, müharibə əlili və şəhid ailəsinə 190 min xidmət göstərilib. Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib, sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən iki dəfə çoxdur. Onlardan 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı və onlara göstərdiyi dəstək genişdir və həmin tədbirlər davam edəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib.

Nazirin dediyinə görə, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana xəttidir: “Azərbaycan Milli Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad etdikdən sonra qəbul edilən əksər qərarlar məhz onların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi 60 faizdən çox artırılıb. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edilib. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri əksər qazilərin evlərini ziyarət edərək, imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazini xəstxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndiriblər".