YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Musa Məhəmmədovun doğum günü qeyd olunub

Quba rayonunda Vətən müharibəsi şəhidi Məhəmmədov Musa Bəhram oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov və təşkilatın əməkdaşları Zərdabi qəsəbəsindəki qəbiristanlıqda şəhidin məzarını ziyarət edib, önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları şəhidin ailəsinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə Musa Məhəmmədovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından söhbət açılıb, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Musa Məhəmmədov 2020-ci il oktyabrın 1-də Goranboy rayonunun Buzluq kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Musa Məhəmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.