YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Həsən Bayramovun doğum günündə xatirəsi anılıb

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Həsən Bayramovun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Abbaszadə, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Araz Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbəsinin nümayəndəsi Orxan Seyidov, ictimaiyyət nümayəndələri rayondakı Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Rayon təşkilatı tərəfindən hazırlanan xatirə hədiyyəsi şəhidin atasına təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.