YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aİ-nin xüsusi nümayəndəsi: İndi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçməyin vaxtıdır

Avropa İttifaqı (Aİ) Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında yazıb: “Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir”.