YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid və qazi övladları üçün əyləncəli tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə şəhid və qazi övladları üçün “Nağıl dünyası” adlı əyləncəli tədbir təşkil olunub.

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva iştirak edib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan Mədəniyyət Mərkəzinin “Gənclik” Xalq Teatrının hazırladığı tamaşa uşaqların sevicinə səbəb olub.