YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiya ilə mübarizədə əsl nümunə göstərdi

Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq təsisatlara, onların fəaliyyətinə çox inanırdı. Təəssüf ki, bu, belə olmadı. Azərbaycana hərbi təcavüz edildi və Ermənistan tərəfindən işğal nəticəsində ölkəmiz öz torparlarını itirdi. ATƏT-in, BMT-nin üzvü olduğu halda Azərbaycan işğala məruz qaldı. Heç bir təşkilat və qurum Ermənistanı təcavüzkar adlandırmadı. Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev i IX Qlobal Bakı Humanitar Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclasda söyləyib.

Hikmət Hacıyev bildirib ki, yalnız üç ölkə - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı Ermənistanla heç bir əlaqə qurmadı.

Prezidentin köməkçisi vurğulayıb ki, çoxtərəflilik yenidən inkişaf etdirilməlidir. BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.

“Qoşulmama Hərəkatını təsis edənlərə öz minnətdarlığımızı bildiririk. Azərbaycan bu qurumun sədri kimi COVID-19 pandemiyası ilə mübarizədə əsl nümunə göstərdi”, - deyə H.Hacıyev qeyd edib.