YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərəb Dövlətləri Liqasının Baş katibi: Bakı böyük müasir şəhərə çevrilib

Ukraynadakı müharibə bütün dünyaya təsir edir. Bu müharibədən ərəb ölkələri də əziyyət çəkirlər. Dünyanın üzləşdiyi qlobal çağırışların həlli çətinləşir. Biz dünyada sülhü təmin etməliyik.

Bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Bakı haqqında təəssüratlarını da bölüşən Baş katib deyib: “Mən Qlobal Bakı Forumunda ilk dəfədir iştirak edirəm. Misirin xarici işlər naziri kimi Bakıya üç dəfə səfər etmişəm. Prezident İlham Əliyev, bu şəhərdə baş verən inkişaf məni çox təəccübləndirdi. Bakı böyük müasir şəhərə çevrilib. Bu nailiyyətinizə görə Sizi təbrik edirəm”.