YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tatyana Valovaya: Qədim tarixə malik müasir Bakıda yenidən olduğum üçün çox şadam

Qlobal Bakı Forumunda çıxış etmək və dünya gündəliyində olan aktual məsələləri müzakirə etmək böyük şərəfdir. Qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və IX Qlobal Bakı Forumunun təşkili üçün isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə səmimi qəlbdən təşəkkür edirəm. Həmçinin Bakıda - qədim tarixə malik müasir şəhərdə yenidən olduğum üçün çox şadam. Burada baş verən dəyişiklikləri görməyi səbirsizliklə gözləyirəm.

Bunu BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Bakı Forumunun əhəmiyyətinə toxunan baş direktor bildirib ki, bu tədbir bu gün dünyanı düşündürən məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malikdir.