YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vayra Vike-Freyberqa: Azərbaycan bərpaolunan enerji növlərinin habına çevrilməkdədir

Azərbaycan “yaşıl”, bərpaolunan enerji növlərinin habına çevrilməkdədir.

Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumundakı çıxışında bildirib.

Bərpaolunan enerji növlərinin dünyanın gələcəyi olduğunu vurğulayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri deyib: “Azərbaycan təkcə malik olduğu təbii resurslara və ənənəvi enerji daşıyıcıları ehtiyatlarına arxalanmır, həm də yeni texnologiyaların işlənməsinə böyük investisiyalar qoyur. Bu isə planetimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, Azərbaycan enerji daşıyıcılarının Avropaya hər hansı siyasi təzyiqdən azad alternativ tədarük mənbəyinə çevrilib.