YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: Qafqazı, Avropanı və Asiyanı sülh bölgəsinə çevirmək hamımızın hədəfi olmalıdır

Qloballaşan təhdidlərə qarşı genişmiqyaslı mübarizənin aparılması çox vacibdir. Dünyada əmin-amanlıq, sabitlik, sülh və dayanıqlı inkişaf təhlükəsizliyin və rifahın təmin olunması ilə mümkündür.

Bu fikri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına təbriklərini diqqətə çatdıran B.Yıldırım çıxışında mötəbər beynəlxalq təşkilatların, xüsusilə BMT-nin fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İkinci Dünya müharibəsindən sonra yaradılan BMT müasir dövrün tələblərinə tam cavab verə və qlobal problemlərin sülh yolu ilə həlli üçün təsirli tədbir görə bilmir. “Bunun bir çox nümunəsi var. Hörmətli Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ münaqişəsinin həlli ilə bağlı 26 il ərzində BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən cəhd göstərilsə də, heç bir nəticə əldə olunmadı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqları öz imkanı və gücü ilə azad etdi”.

“Qafqazı, Avropanı və Asiyanı sülh bölgəsinə çevirmək hamımızın hədəfi olmalıdır”, - deyən B.Yıldırım bildirib ki, Sovet İttifaqının dağılmasından sonra Cənub-Şərqi Avropada, Yaxın Şərqdə, Şimali Afrikada yaşanan proseslər, eləcə də Rusiya - Ukrayna münaqişəsi bütün imkanları sülhün təmin olunmasına cəlb edilməsinin vacibliyini göstərdi.