YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti: Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir

Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Ümidvarıq ki, Trans-Adriatik boru kəməri genişləndiriləcək və bu, Avropaya daha çox qazın nəqlinə imkan verəcək.

Bu barədə Albaniya Respublikasının Prezidenti İlir Meta “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Albaniya Prezidenti bildirib ki, Bakı forumu müasir dövrün mühüm məsələlərini, o cümlədən Ukraynadakı müharibəni, pandemiyanın nəticələrini, enerji təhlükəsizliyi, gözlənilən ərzaq böhranı kimi məsələləri müzakirə etməyə fürsət yaradacaq.