YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanovda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

YAP Nərimanov rayon təşkilatı və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Sosial Xidmətlər Agentliyində baş tutan tədbirdə, Agentliyin idarə heyətinin sədri Vüqar Behbudov, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, ərazi partiya təşkilatının üzvləri və YAP Nərimanov rayon təşkilatının əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov açaraq 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb. Vüqar Behbudov, həmçinin, Ümummilli Liderin hakimiyyətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin tarixi Zəfərimizə səbəb olduğunu diqqətə çatdırıb.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək bildirib ki, Ümummilli liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Onun yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür. Samir Vəliyev qeyd edib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır və bununla yanaşı, Azərbaycan öz Ali Baş Komandanı, Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin güclü siyasəti və Ordumuzun qüdrəti sayəsində işğal altında olan torpaqlarımız azad olunmaqla böyük tarixi Zəfərə imza atıb.

Tədbirin sonunda Sosial Xidmətlər Agentliyi üzrə ərazi partiya təşkilatının yeni üzvlərinə partiya üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv