YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının kollektivinin “Şöhrət” muzeyinə ekskursiyası təşkil edilib

14 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun rəhbərliyi ilə rayon təşkilatının kollektivi və gənc fəallarının 15 İyun Milli Qurtuluş Günü münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası təşkil edilib.

Əvvəlcə iştirakçılar  ümummilli lider Heydər Əliyevin muzeyin qarşısında ucaldılmış abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar. İştirakçılara muzeyin tarixi və oradakı nümayiş etdirilən tarixi və siyasi əhəhmiyyətli eksponatlarla bağlı ətraflı məlumatlar verilib. Bildirilib ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Ekskursiyadan iştirakçılar xoş təəssüratlarla ayrılıblar.