YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz enerji resurslarını dünya bazarına çıxarmaqla yanaşı bölgədə əsas tranzit ölkəsi kimi də çıxış edir

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Xəzər regionunda neft-qaz sənayesinin əsas tədbiri olan Xəzər Neft və Qaz sərgisi hər il bölgənin əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirən tədbirə çevrilib. Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni birləşdirir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu. Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərgi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsinin” 1994-cü ilin sentyabr ayında imzalanması ərəfəsində təşkil edilmişdi. Həmin dövrdən etibarən “ Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış platforması olan builki sərgidə 31 ölkədən 250 şirkət iştirak edir. Bu Beynəlxalq sərgi Xəzər regionunun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış etmişdir. Cənab Prezident çıxışında bir çox mühüm məqamlara toxunub və vacib mesajlar verib. Dövlətimizin başçısı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətindən, Azərbaycanın regional və beynəlxalq enerji təhəlükəsizliyinin təmin olunmasında artan rolundan bəhs edib, qazanılan uğurlara və qarşıda duran hədəflərə nəzər salıb. Bildirilmişdir ki, Azərbaycan müstəqillik dövründə öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Qeyd olunmuşdur ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgisi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə qarşılaşmış, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağrışlarla üzləşmiş Azərbaycana diqqətin cəlb edilməsində çox əhəmiyyətli rol oynayınb.

Cənub Qaz Dəhlizi layihəsinin işə salınmasının böyük əhəmiyyətindən danışan cənab Prezident qeyd etmişdir ki, “Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir”. Avropanın alternativ enerji mənbələrinə ehtiyacı olduğu tez-tez ifadə edilir. Buna görə də etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktullaşır. Cənub Qaz Dəhlizi alternativ mənbə kim şox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi inkişaf məsələsidir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il ixracın 24 miyard kubmetrə çatacağı gözlənilir. Cənab Prezident öz çıxışında Azərbaycanın Bərpa Olunan Enerji sahəsində də böyük potensiala malik olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masadar” çirkətləri ilə əmkdaşlığa başlamışdır. Biri günəş, digəri külək olmaqla, iki elktrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Bərpa olunan enerji nöqteyi-nəzərdən Xəzər dənizinin nəhəng potensialı mövcuddur. Hesablamalara görə, Xəzərin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. İşğaıldan azad olunmuş ərazilərimizdə də bərpa olunan enerji ehtiyatı kifayət qədərdir. İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə, Xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burda ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur.

Cənab Prezidentin çıxışında diqqət mərkəzində olan aktual məsələlərdən biri eneji diplomatiyasından sosial-iqtisadi inkişafı təmin üçün mühüm vasitə kimi istifadə olunması məsələsinin qeyd olunmasıdır. Enerji strategiyasının uğurla icra olunması və neft gəlirlərinin səmərəli istifadə edilməsi nəticəsində ölkəmizdə sosial-iqtisadi ifrastrukturun müasir tləblərə uyğun yenidən qurulması təmin olunub, iqtisadiyyatımız şaxələndirilib və qeyri-neft sektorunda güclü potensial formalaşdırılıb.