YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: May ayında 2300 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayında 2300 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 18600 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən çox tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Azad olunan ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.