YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə “44 gün - əsrlərə sığmayacaq tarix” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında “44 gün - əsrlərə sığmayacaq tarix” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, tarixboyu Azərbaycan xalqı həmişə əmin-amanlığın tərəfdarı olub. Lakin işğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil.  “Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canları-qanları bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Qarabağın hər guşəsinə Azərbaycan bayrağını sancdı”.

Digər çıxış edənlər də Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər.