YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada 28 May - Müstəqillik günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının fəalları, ərazi partiya təşkilatlarının sədrləri, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükut və ehtiramla yad ediblər.

Partiya fəalları Aytən Məmmədli, Günay Qədiməliyeva, Göyçək Sadıqova, “Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatının sədri Gülgün Kərimov, “Ağstafa şəhər Təhsil işçiləri” ərazi partiya təşkilatının sədr müavini Sahilə Xəlilova, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin müəllimi Vüsal Həsənov çıxışlarında 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrindən biri olduğunu vurğulayıblar.

Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.