YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Abşeron rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ərazi partiya təşkilatlarının fəaliyyətindən bəhs edib. Onlara təşkilati və cari məsələlər, yeni üzvlərin qəbulu, uçot işləri, partiya üzvlərinin fəallığının artırılması, üzvlük haqqı və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyyə edib.

YAP Abşeron rayon təşkilatının sədri ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb.

Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.