YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi təyyarəçilərimiz “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi pilotlarımızın “MiQ-29” təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.