YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında 28 May - Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, ərazi partiya təşkilatlarının sədr və müavinləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. 

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, Parlamenti haqqında ətraflı məlumat verib.

Digər çıxış edənlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu vurğulayıblar.