YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Nurlan Həsənovun əziz xatirəsi doğum günündə anılıb

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən qəhrəman Vətən övladlarından biri Həsənov Nurlan Nadir oğlunun doğum günü qeyd olunub.

Anım mərasimində Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva, Əkbər Hacıyev, Şuşa RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, YAP Şuşa rayon təşkilatının fəalları, şəhid ailələri, Nurlanın döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Sonra şəhid Nurlan Həsənova həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik ruhunda mahnılar ifa edib, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.