YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: İlham Əliyevin Rize-Artvin hava limanının açılışında iştirak etməsi çox mühüm bir hadisədir

“Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfər etməsi və Rize-Artvin beynəlxalq hava limanının açılışında iştirak etməsi çox mühüm bir hadisədir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ana vətəni hesab edilən Rizedə məhz belə bir beynəlxalq hava limanının açılışında Azərbaycan Prezidentini dəvət etməsi və bu hava limanının açılışında iki ölkə rəhbərinin iştirakı və başqa bir dövlətin Prezidenti olaraq ilk Azərbaycan Prezidentinin olması Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasından xəbər verir: “Prezident cənab İlham Əliyevin Türkiyədə çox böyük əhval-ruhiyyə ilə qarşılanması çox böyük məqamlardan xəbər verir. Cənab Prezident öz çıxışında Azərbaycanın salamlarını çatdırdı və Azərbaycana 44 günlük Vətən Müharibəsində Türkiyə dövlətinin, xalqının dəstəyinə görə təşəkkürlərini bildirdi”.

Deputat deyib ki, yalnız Prezidentlər arasında deyil, həmçinin xalqlar arasında da Türkiyə-Azərbaycan qardaşlığı yüksək səviyyədə dəstəklənir: “Bu qardaşlığın əbədi, daimi olması hərkəsin ən böyük istəyidir, arzusudur. Azərbaycan və Türkiyə bütün beynəlxalq layihələrdə birgə iştirak edir, Azərbaycanın xoş günündə də, dar günündə də Türkiyə Azərbaycana öz dəstəyini hər zaman göstərib. Eyni zamanda Azərbaycan da bütün məsələlərdə Türkiyəyə öz dəstəyini göstərir. Məhz Rize-Artvin beynəlxalq hava limanını açılışında Prezident İlham Əliyevin iştirak etməsi onu deməyə imkan verir ki, biz, həm Azərbaycan, həm Türkiyə bütün layihələrimizin, xoş günlərimizin şahidliyini birlikdə edəcəyik, dövlətlər, xalqlar olaraq birlikdə inkişaf edəcəyik. Əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətləri artan xətt üzrə davam edir, bu qardaşlıq münasibətləridir, bu müttəfiqlik münasibətləridir, strateji tərəfdaşlıq münasibətləridir. Bu, mümkün ola biləcək ən yüksək səviyyəli münasibətlərdir. Azərbaycan və Türkiyə hər zaman birlikdə addımlayacaq, inkişaf edəcək”.