YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhid Murad Həbibovun doğum günü qeyd olunub

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Həbibov Murad Asəf  oğlunun doğum günü münasibətilə,  ailə üzvləri Quba şəhərində ziyarət olunub. Ziyarətdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və partiyanın əməkdaşları iştirak ediblər. Şəhidin ailə üzvlərini qayğıları ilə maraqlanan qonaqlar şəhid haqqında xoş təəssüratlarını  ifadə ediblər.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid  Murad Həbibov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının  azad olunmasına görə" medalları ilə təltif olunub.