YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Azərbaycanın işğal altındakı ərazilərində keçiriləcək “seçki”lərin nəticələrini tanımayacaq

Aprelin 14-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Zakir Həsənov Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini vurğulayıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həllində ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərimizdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan “seçki”lərin regionda sabitliyi pozmaq niyyəti ilə edildiyini və onun nəticələrinin ölkəsi tərəfindən heç bir halda tanınmayacağını bildirib.
Sonra aprelin 20-21-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana işgüzar səfərinin təfərrüatları müzakirə edilib. Həmçinin keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, polkovnik Əmir Fərəci Moez də iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv