YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin sabiq Prezidenti Abdullah Gül Azərbaycana gələcək

Türkiyənin 11-ci Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdullah Gül III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Forumda Abdullah Gülün “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
2014-cü ildən Mərkəzə üzv olan Abdullah Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir. Onun fikrincə, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılmasında iştirakını təmin edə bilər.
Qeyd edək ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaqlar. Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidentləri, hökumət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər, ekspertlər, elm adamları iştirak edəcəklər.
Xatırladaq ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. 2013-cü və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu təşkil edilib.

 

DİGƏR Xəbərlər Arxiv