YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: I Avropa Olimpiya Oyunları yaxınlaşdıqca müxtəlif dairələr bəhanələrlə Azərbaycana qarşı şantaj kampaniyası həyata keçirirlər

«I Avropa Olimpiya Oyunları yaxınlaşdıqca müxtəlif dairələr bəhanələrlə Azərbaycana qarşı şantaj kampaniyası həyata keçirirlər». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, belə dairələr yalandan bir korrupsiya komissiyası yaradaraq bəyanat yayırlar: «Azərbaycanda korrupsiyaya qarşı hər zaman mübarizə olub. Azərbaycan az saylı ölkələrdən biridir ki, Prezident yanında Korrupsiya qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın tərkibində müxtəlif dövlət qurumlarının nümayəndələri, mətbuat nümayəndələri və s. təmsil olunur. Həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Korrupsiya dünyanın hər yerində mövcuddur və buna qarşı mübarizə gedir. Təəssüflər olsun ki, bəzi dairələr ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar Azərbaycanın adını hallandırmağa daha çox üstünlük verirlər».

S. Novruzov qeyd edib ki, ölkəmizdə Azərbaycan xalqının, dövlətçiliyin əleyhinə işləyən bəzi siyasi partiyalar, qeyri hökumət təşkilatları belə xarici dairələrin sifarişini həyata keçirirlər. «Belə qüvvələr ölkəmizdə xalqı kütləvi aksiyalara çağırır, ayrı-ayrı müraciətlər qəbul edir, həmçinin beynəlxalq tədbirdə iştirak etməməyə çağırırlar. Bunlar onun göstəricisidir ki, onların hamısı eyni mərkəzdən idarə olunurlar»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.   

DİGƏR Xəbərlər Arxiv