YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Xilaskar, Dahi Rəbər, Ulu Öndər, Ümummilli Lider - Heydər Əliyev

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Öz mənalı ömrünün 60 ilini canından əziz sevdiyi xalqının xoş, firavan gələcəyinə, bunun son 10 ilini isə müstəqil Azərbaycan dövlətinə xidmətdə şam kimi əridərək, “Mən ömrümün qalan hissəsini də xalqıma başığlayıram” deyən Ulu Öndər Heydər Əliyev bu müdrik kəlamını əməli işlərilə, misilsiz xidmətlərilə həyata keçirərək əbədi olaraq liderlik zirvəsinə, dahilik zirvəsinə yüksəldi. Bəli, dahilər ölmürlər, onlar əbədiyyətə qovuşurlar, Ulu Öndərmiz Heydər Əliyev də məhz, belə dahilərdəndir.

Ulu Öndərin birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi, necə deyərlər, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür. Dahi rəhbərin həmin illərdə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən iqtisadi siyasət nəticəsində Azərbaycan SSRİ-nin ən geridə qalmış aqrar əyalətindən inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu Respublikaya, bütün dünyada tanınan yüksək mədəniyyətli Odlar Yurduna çevrildi. Ulu Öndərin şah əsəri olan müasir Azərbaycanın mövcud sosial-iqtisadi inkişafının əsası məhz, 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. SSRİ dövründə 15 respublika arasında öz göstəricilərinə görə axırdan ikinci yeri tutan Azərbaycan, məhz Ulu Öndərin misilsiz xidmətləri sayəsində ikinci yerə yüksəldi. Həmin dövrdə dahi rəhbərin cəsarətli addımları, qarşısı alınmaz zəkası, uzaqgörən, düşünülmüş, müdrik siyasəti nəticəsində bütün sahələr üzrə əldə olunan naliyyətlər  - bu gün müstəqil, Qüdrətli Azərbaycanın uğurlarının əsasını təşkil edir.

Tək XX əsrdə xalqımıza müstəqillik və azadlıq hisslərini duymaq iki dəfə nəsib olmuşdur. Müdrik xalqımız heç də hamar olmayan müstəqillik yollarında çox üzüntülər yaşamış, saysız, hesabsız faciələrə, bədbəxtliklərə sinə gərmiş, terrora, haqsızlığa, ədalətsizliklərə məruz qalmış və bu şərəfli yolda minlərlə oğul və qızlarını şəhid vermişdir. Tarix xalqımızı ağır sınaqlara çəksə də müdrik xalqımız illər boyu içində, daxilində bəslədiyi, yaşatdığı milli azadlıq ruhu, milli mənliyi səyəsində 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu. Müstəqilliyin əldə olunması o dövrdəki tarixi zərurətdən yaranmışdırsa, onun qorunub saxlanılması, möhkəmləndirilməsi, əbədilliyinin təmin olunması olduqca çətin, məsuliyyətli və şərəfli bir vəzifə olaraq qalırdı.

Bəli, bu ağır, çətin sınaqlardan da xalqımız məhz, Ümummilli Liderimiz, dahi rəhbərimiz Heydər Əlirza oğlu Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində üzü ağ çıxdı.

1993-cü ilin iyununda xalqın dəvətini qəbul edərək, əbədi Liderimiz ölkə rəhbərliyinə yenidən qayıdışı ilə xalqımızı xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən qurtardı. “Böyük Xilaskar” Heydər Əliyev tükənməz enerji və dönməz prinsipiallıqla, böyük əzmlə, siyasi iradə ilə öz çiyinlərini bu çətin və mürəkkəb vəzifənin altına verdi və nəticədə ictimai-siyasi sabitlik bərpa olundu, ölkəmiz demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Rspublikada sabitlik, sakitlik bərqərar oldu, mənfur düşmənlərlə atəşkəsə nail olundu, xalqımız sakit, rahat həyat tərzinə qədəm qoydu, nəhəng neft-qaz layihələri həyata keçirildi, sosial rifahımız günbəgün yüksəldi, respublikamızın bütün bölgələrində nəhəng abadlıq, quruculuq işləri vüsət aldı. İşsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində önəmli addımlar atıldı.

Tarixin ağır sınaqlarından çıxmış müdrik xalqımızın xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri, Heydər Əliyev siyasi kursunun, Heydər Əliyev siyasi məktəbinin İlham Əliyev kimi layiqli davamçısı var. Bu gün Ulu Öndərin arzuları, istəkləri möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Partiya Sədrimiz İlham Əliyev cənəbları tərəfindən əzmlə,  böyük səylə, yüksək peşəkarlıqla həyata keçirilir. Xalqımız 44 günlük Şanlı Vətən müharibəsində də bunun canlı şahidi oldu. Bu möhtəşəm Qələbə nüdrik xalqımızın Şanlı Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı, qəhrəman hərbiçilərimizin rəşadəti, sücayəti nəticəsində, Müzəffər Ali Baş Komandanımızın xüsusi sərkərdəlik qabiliyyəti, beynəlxalq aləmdə nüfuzu, hörməti, düzgün və balanslaşdırılmış siyasəti nəticəsində əldə olundu.

Qələbənin əsası isə Ulu Öndər Heydər Əliyev 2003-cü il Prezident seçkilərində xalqa müraciəti zamanı qoyuldu. Ulu Öndər 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox prespektivli planlarım var” söyləyən Ulu Öndər Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası  sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, bu gün möhkəm siyasi sabitliyin, davamlı inkişafın bərqərar olduğu, dünyada ən çox islahat aparan on ölkədən biri də Azərbaycandır. Bu gün müstəqil Azərbaycan güclü iqtisadiyata, müstəqil siyasətə, Qüdrətli Orduya malik bir ölkədir. Artıq müstəqil Azərbaycan idxal yönümlü ölkədən, ixrac yönümlü bir ölkəyə, yüzlərlə ölkələrə yardımlar edən, köməkliklər göstərən bir donor ölkəyə çerilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə səmərəli əməkdaş, etibarlı tərəfdaş, sülhsevər, tolerant bir ölkə kimi tanınır, Ulu Öndərin ideyaları, arzu və istəkləri zaman-zaman həyata keçir. Bütün bunlar Ulu Öndər, dahi rəhbər Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycanın mövcud reallıqlarıdır!

Odur ki, qədirbilən müdrik Azərbaycan xalqı Türk dünyasının Böyük Oğlu Heydər Əlirza oğlu Əliyevi - Böyük Xilaskar, Dahi Rəhbər, Ulu Öndər, Ümummilli Lider adlandırır!