YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub

Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan mini futbol üzrə rayon birinciliyi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Vurğulayıb ki, müasir gənclərin hərtərəfli formalaşması, xüsusilə idman sahəsində böyük nailiyyətlər əldə etməsi məhz ulu öndər Heydər Əliyevin memarı olduğu uğurlu gənclər siyasətinin nəticəsidir.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyevin sözlərinə görə, ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra çıxış edən Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev bildirib ki, Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Çıxışlardan sonra Masazır kənd 3 nömrəli və Qobu qəsəbə 3 nömrəli tam orta məktəblərin komandaları qələbə uğrunda mübarizə aparıblar. Masazır 3 nömrəli tam orta məktəbin komandası mini futbol üzrə rayon birinciliyinin qalibi olub.