YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizinin açılması Azərbaycan diplomatiyasının qələbəsidir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycan  dövləti Prezident cənab  İlham Əliyevin siyasəti nəticəsində Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətini davam etdirir. Öz ərazisindən Azərbaycana heç bir kommunikasiyanı açmayacağını bəyan edən Ermənistan dövləti  artıq  başa düşür ki, Zəngəzur dəhlizin açılması onlar üçün də fayda verəcək, həmçinin onların xarici dövlətlərə çıxışını təmin edəcəkdir.

Zəngəzur dəhlizinin açılması üçün görüləcək işlər  hər iki dövlət  tərəfindən müzakirə olunmaqdadır. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılması üçün bütün imkanlardan istifadə edir. Zəngəzur dəhlizinin Azərbaycan üçün siyasi əhəmiyyəti böyükdür. Vətən müharibəsindən Zəfərlə  qalib ayrılaraq öz ərazilərinin mühüm bir qismini işğaldan azad edən Azərbaycan  həmin əraziləri indi daha uzaqgörən, regional və beynəlxalq layihələrin həyata keçirilməsinə  çalışır. Bu bölgədə uzunmüddətli sülhü təmin edəcək.

Lakin aydın məsələdir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün həm   siyasi, həm də iqtisadi tərəfdən mühüm  əhəmiyyət kəsb edir. Uzaq Çindən Avropaya və əksinə, Hindistandan Avropaya daşımaların Azərbaycan üzərindən reallaşması üçün ölkəmizdə müvafiq infrastrukturun olması vacib şərtlərdəndir ki, Azərbaycan buna tam hazırdır.