YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan rayonunun beynəlxalq əhəmiyyəti

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Zəngilan rayonu çox füsünkar təbiətə malik olan bir diyardır. 5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Zəngilan zəngin təbiətə malik olmaqla, təbii iqlim şəraitinə və münbit torpağına görə zəngin meşələrlə və hər növ bitki örtüyü ilə xarakterikdir.

1993-cü il işğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir. Eyni zamanda işğaılndan öncə bu bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü.

Məlum olduğu kimi, 44 günlük Vətən Savaşımızda Zəngilan rayonu da işğaldan azad edilmişdir. Prezident İlham Əliyevin mayın 4-də Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı videoformatda qəbul etdiyi görüşdə çıxışı zamanı diqqətə çatdırmışdır ki, Zəngilan rayonu da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır.

Həmçinin Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu yerlə-yeksan etmiş, demək olar ki, bir dənə də salamat kənd qoymamışdır. Bütün bunlar bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Məhz bu baxımdan 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir.

Prezident xüsusi nümayəndəsini təyin edərkən vacib tövsiyələrini verməklə yanaşı, Zəngilan ərazisinin beynəlxalq əhəmiyyətindən danışmış və bu bölgənin qısa müddətdə yenidən qurulumasının region üçün əhəmiyyətli olduğunun diqqətə çatdırmışdır.

Ölkə Prezidenti işğal zamanı mənfur düşmən tərəfindən Zəngilan rayonunda bütün tarixi-dini abidələrimizin də ermənilər tərəfindən dağıdılıdığını bir daha vurğulayaraq Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə artıq tarixi-dini abidələrimizin bərpası işinə start verildiyini diqqətə çatdırdı.  

Eyni zamanda ölkə Prezidenti azad edilmiş bütün torpaqların bərpasında birinci pilot layihənin də məhz Zəngilanın Ağalı kəndində həyata keçirildiyinə bir daha toxunmuş və bildirmişdir ki, Ağalı kəndi faktiki olaraq yenidən qurulur, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin bizim planlarımızın bariz nümunəsi oldunu görə bilər.  

Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu prioritet məsələdir. Eyni zamanda cari il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları nəzərdə tutulub ki, bu da yaxın gələcəkdə Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməyinə əsas olacaqdır.

Zəngəzur dəhlizinin artıq reallıq olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolunun nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyinə, eyni zamanda, beynəlxalq yükdaşımalar üçün yeni bir yol olacağını diqqətə çatdırdı. Artıq orada keçmiş məcburi köçkünlərin rahatlığı üçün dörd və altı zolaqdan ibarət olan avtomobil yolunun sürətlə inşa edildiyini və bu yolun hissə-hissə istifadəyə verilməsinin gələn ildən başlayacağı bildirildi.  

Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçməklə Ermənistandan Cəbrayıla birzolaqlı kənd tipli bir yol çəkmək istəyirdi. Qürurverici haldır ki, onların bütün ümidləri gözlərində qaldı.

Artıq Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkilir ki, bu yol da tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.  

Əlavə olaraq, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.

Dəmir yolu infrastrukturu istiqamətdə işlərin sürətlə davam etdiyini diqqətə çatdıran cənab Prezident Horadizdən Ağbəndə gedən dəmir yolunun inşasının artıq sürətlə aparıldığını və gələn il tam istismara veriləcəyini və bunun həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacağını bildirdi.

Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəsini bizim, həmçinin qonşu dövlətlər üçün əlavə imkanlar yaradacağına əmin olduğunu diqqətə çatdırıldı.

Azad Zəngilanda digər vacib məsələ olan məşğulluğun prioritet olmasını nəzərdə tutan ölkə başçısı, keçmiş məcburi köçkünlərin öz dogma yurdlarına qayıdan zaman, xüsusilə Ağalı kəndində yeni müəssisələrin yaradılmasını önəmli olduğunu bildirdi.    

Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyasının çox əlverişli olmasını əsas gətirən cənab Prezident həmin ərazilərdə heyvandarlıqla, eyni zamanda  əkinçiliklə, xüsusilə də Zəngilan rayonunda bu sahəyə diqqət ayrıldığını və pilot layihə olan birinci aqropark məhz Zəngilan rayonunda yaradılmasını Zəngilan rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı olması ilə əlaqələndirdi.  

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası prosesi mərhələli planlı şəkildə aparılmalı olduğuna diqqət çəkən Prezident İlham Əliyev azad edilmiş bütün torpaqlarda görüləcək işlərin ancaq baş planlar əsasında olacağını, bunun nümunəvi bir yaşayış məkanı kimi həm Azərbaycan üçün, həm dünya üçün bir

təcrübə olacağını vurğuladı.  

Bildiyimiz kimi, Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Zəngilan rayonunda meşələrin kütləvi surətdə qırılması prosesi nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib. Eyni zamanda, mənfur düşmən Zəngilandakı Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır. Təbii fəlakət zonaları arasında olan Zəngilanın ərazisindən keçən Oxçuçay çayının ekoloji terrora məruz qalması da göz qabağındadır.

Bizim bu kimi cinayətlərə cavabsız qalmayacağımızı bildirən ölkə başçısı düşmənin bütün təbiətə vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklərini əminlikdə qeyd etdi.

Qarşıda duran digər vəzifələrə toxunan cənab Prezident  Zəngilan şəhərinin Baş planının ilkin versiyasının artıq hazır olduğunu, eyni zamanda  Zəngilanın beynəlxalq əhəmiyyətli zona olmasını nəzərə almaqla baş planın bütün müasir memarlıq normalarını ehtiva edəcəyini bildirərək oranın həm xarici görünüşcə gözəl, həm də bütün ekoloji standartların tətbiqi baxımından zəruri olduğunu bildirdi.

Eyni zamanda Zəngilan rayonunun təbiətinin füsünkar olmasının oranın qısa müddətdə böyük turizm bölgəsi olacağına inanan ölkə başçısı orada təxirəsalınmaz işlərin başlanmasının vacibliyini bildirərək, Zəngilanda dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplərin tətbiq edilməsinin önəmini vurğuladı.   

Son olaraq inanırıq ki, qısa zaman kəsiyində zəngilanlı keçmiş məcburi köçkünlər öz doğma ata-baba torpaqlarına qayıdaraq, bir zamanlar “Qızıl Zəngilan” adını almış o füsünkar diyarın adını özünə qaytaracaqlar.