YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənd təsərrüfatı naziri: FAO Azərbaycanın təcrübəsini ən yaxşı təcrübə kimi müəyyən edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) elektron kənd təsərrüfatı və kənd təsərrüfatının rəqəmsal transformasiyası sahəsində Azərbaycanın təcrübəsini ən yaxşı təcrübə kimi müəyyən edib.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, FAO qlobal səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kənd yerlərinin inkişafı, torpaqların qorunması, sudan səmərəli istifadə sahəsində üzv dövlətlərlə birlikdə əməkdaşlıq tədbirləri həyata keçirir, tövsiyələr verir və dəstək tədbirləri göstərir. “Son illər FAO-nun təşəbbüsü ilə icra olunan əsas layihələrdən biri də kənd təsərrüfatı sahəsində müasirləşmə və rəqəmsal transformasiya tədbirlərinin müəyyən edilməsi, üzv dövlətlərdə bu layihələrin həyata keçirilməsinə dəstək olmaqdır. Çox sevindiricidir ki, FAO bu sahədə dünyada mövcud olan ən yaxşı təcrübələri bölüşür, həmin istiqamətdə əməkdaşlıq edir. FAO elektron kənd təsərrüfatı və kənd təsərrüfatının rəqəmsal transformasiyası sahəsində məhz Azərbaycanın təcrübəsini ən yaxşı təcrübə kimi müəyyən edib”.

Onun sözlərinə görə, FAO-nun fəaliyyətlərindən biri də “1000 Rəqəmsal Kənd” Təşəbbüsüdür. Bakıda keçirilən “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın əsas məqsədlərindən biri də Azərbaycanın “ağıllı kənd” təcrübəsinin digər ölkələrlə bölüşülməsidir.