YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə partiya fəalları ilə görüş keçirilib

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yuxarı Qapanlı və Qazyan ərazi partiya təşkilatlarında partiya fəalları ilə növbəti görüş keçirilib.

Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərinin əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirib ki, məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı, xalqını məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürüb. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, Meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və ölkəmiz qarşısında ən böyük və təkrarsız xidməti müstəqil Azərbaycan dövlətini qurmasıdır. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması və s. mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi, əbədi yaşarlılıq qazandı.

Ulu Öndərin bütün gənclər qarşısına bir vəzifə, öz xalqına, dövlətinə ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsinin olduğunu vurğulayırdı. Eyni zamanda Ulu Öndərimiz gənclərə uğurlu yaşamağın sirlərini də söyləyərək deyirdi ki, gənclər bilməlidirlər, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin, milli mənəvi dəyərlərinə sadiq olmaq, bu keyfiyyətləri ümumbəşəri dəyərlərlə birləşdirərək müasir həyat tərzi keçirmək lazımdır.

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümumilli Lider tərəfindən qoyulan gənclər siyasətinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

E.Əsədov həmçinin partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında insanlarımızın baş verənlər haqqında maarifləndirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq müvafiq tapşırıq və tövsiyyələrini çatdırdı.