YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada “Əbədi Liderin əsrə bərabər ömrü” mövzusunda tədbir keçirilmişdir

Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əbədi Liderin əsrə bərabər ömrü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Quba rayon İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Laçın Səfərəliyev, YAP Quba rayon təşkilatının əməkdaşları və partiya fəallları iştirak edib.

Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova açaraq diqqətə çatdırıb ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi olan ulu öndər Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərib. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb.

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müstəsna xidmətləri ilə əbədilik qazanan ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildirib. Qeyd edib ki, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Sonra çıxış edən Quba rayon Ağsaqqallar Şurasının sədri İldırim Məmmədov  Ümummilli Lider Heydər Əliyevin tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi olduğunu bildirib.

Quba rayon İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Laçın Səfərəliyev çıxışında deyib ki, dahi şəxsiyyətin “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılması, böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Sonda 5 saylı Mətbuat Yayım idarəsinin rəisi Ramiz Qusarçaylı, Vətən müharibəsi qazisi, Həmidov Elşən Şakir oğlu, Vətən müharibəsi iştirakçısı Urşanov Musa  Mustafa oğlu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilib.