YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik siyasət - Tolerant, demokratik və multikultural dövlət - Qüdrətli Azərbaycan

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Ölkəmizin bütün sferalarda uğurlu inkişafına, həmçinin qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan son 18 ildə Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir.  Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri inkişaf edir, yeni prioritetlər müəyyənləşdirilir. Bu gün Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Tolerantlıq və multikultural dəyərlərin inkişafına töhfələri təqdir edilir. Dövlətimizin başçısı prezidentlik fəaliyyəti dövründə hər zaman humanizm prinsiplərinə əsaslanan siyasət aparmaqla ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artırmış, Azərbaycan etibarlı tərəfdaş, sülhsevər dövlət kimi böyük təşkilatlara üzv olmuş, eyni zamanda Qoşulmama Hərəkatı kimi dünyada siyasi nüfuzuna görə ikinci yerdə qərarlaşan güclü siyasi təsisata sədrlik edərək, qüdrətli dövlət olmasını bütün dünyaya nümayiş etdirmişdir.

Bizim xarici dövlətlərlə olan münasibətlərimiz praqmatizm üzərində, qarşılıqlı fayda və maraqlar üzərində qurulur. Nüfuzlu təşkilatlardan biri olan Avropa İttifaqı öz qonşuluğunda, sərhədlərində sabitlik istəyir. Onlar bizdən indi də enerji resursları alırlar, lakin daha çox enerji resursları almaq istəyirlər. Bu, hətta Rusiya-Ukrayna müharibəsindən əvvəl də belə idi və bizim əməkdaşlığımızın strateji hissəsi idi. Onlar bizim nəqliyyat infrastrukturumuzda çox maraqlıdırlar və düşünürlər ki, bu, daha geniş Avropa nəqliyyat şəbəkəsi ilə necə bağlana bilər. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın - Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik.

Azərbaycan sivil və demokratik dövlətdir. Bu gün elm, tibb, texnologiya mədəniyyət və digər bir çox sahələrdə ölkəmiz ən müasir təcrübələrə inteqrasiya etmiş, həmçinin “Asan Xidmət” kimi öz brendlerini uğurla təqdim edərək böyük yeniliklərə imza atmışdır. Avropa İttifaqı ilə yaxın əməkdaşlıq Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək.

Daxili siyasətimiz daxili sabitliyimizi, vətəndaşlarımızın hüquqi və təhlükəsiz şəraitdə yaşamasını təmin edir. Bununla bərabər Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir. Dövlət başçımızın müstəqil dövlətimizin milli maraqlarının təmin olunmasına və onun qlobal, habelə regional mövqeyinin möhkəmləndirilməsinə yönələn daxili və xarici siyasət prioritetləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və artıq son olaraq Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya məsələsi də yaxın müddətdə həllini tapacaq.

Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda digər bir strateji əhəmiyyətli məqama toxunmaq vacibdir. Bu, ondan ibarətdir ki, bütün bu uğurların altında xalqın partiyasına çevrilmiş, 800 minə yaxın üzvü olan Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin ideoloji sütununu təşkil edən və demokratik dəyərləri və xalqın rifahını əsas hədəf seçmiş Yeni Azərbaycan Partiyasının imzası vardır. Azərbaycanın milli və dövlətçilik maraqları əsasında fəaliyyət göstərən YAP-ın çoxşaxəli beynəlxalq əlaqələri də dövlətimizin xarici siyasətinin səmərəliliyinə fundamental töhfələr verir. Partiyanın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. Qürur hissi ilə söyləyə bilərəm ki, cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının qarşıdakı hədəfi Azərbaycanı təkcə Qafqaz regionunda deyil, bütün dünyada ən güclü dövlətə çevirməkdir.