YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Ölkəmizdə mütəmadi olaraq idman, turizm filmləri festivalı keçirilir

«Ölkəmizdə mütəmadi olaraq idman, turizm filmləri festivalı keçirilir. Ötən il Azərbaycan filmlərinin dünyada təşkil olunan 52 beynəlxalq festivalda iştirakını göstərmək kifayətdir ki, uğurlu yekunların miqyası təsəvvür olunsun». Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Bu gün Azərbaycanın beynəlxalq kitab və turizm sərgilərinin keçirilməsi sahəsində iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrildiyini diqqətə çatdıran Ə.Qarayev bir neçə gün öncə keçirilən Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 370 şirkətin iştirak etdiyini bildirib.
Nazir hazırda hazırlıq işləri aparılan IV Bakı Beynəlxalq Kitab Sərgisində artıq 150-yə yaxın xarici və yerli nəşriyyat-poliqrafiya müəssisəsinin iştirakının təsdiqləndiyini vurğulayıb.