YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Azərbaycanla Qırğızıstan mühüm tərəfdaşdır və iki ölkə arasında münasibətlər onların ortaq tarixindən, mədəniyyətindən, dilindən, müştərək mənəvi və dini dəyərlərindən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Dost və qardaş ölkələr olan Azərbaycan Qazağıstan arasındakı münasibətlər hazırda keyfiyyətcə yeni səviyyəyə çatıb. İki ölkə arasında on sənədin imzalanması, onların arasında ikisininin-Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi qeyd etmək lazımdır. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.

Bu gün Qırğızıstanın kifayət qədər investisiya imkanları vardır. İki dövlət arasında münasibətləri daha da irəli aparmaq üçün kifayət qədər potensial var. Hazırda Qırğızıstan iqtisadiyyatının enerji  sektoru Azərbaycan şirkətlərinə maraqlı ola bilər. Azərbaycan  şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Qarşılıqlı əməkdaşlığa  və Azərbaycanın investisiya potensialına çox ehtiyac olar.

Enerji sahəsində və  digər sahələrdəki məsələlər Prezident cənab İlham Əliyevin  Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək.

İki ortaq kökə malik ölkələr arasında imzalanan sənədlər bundan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyinin və genişlənəcəyinin  əyani sübutu oldu.