YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan və qırğız xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar mövcuddur. Ölkələrimiz qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri davam etdirmək siyasəti yürüdürlər.

Məlum olduğu kimi, Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ilin əvvəllərində qurulmuşdur. Ancaq iki dövlət arasında münasibətlər Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da genişlənmişdir.

Belə ki, Azərbaycan Respublikasının Qırğızıstandaki səfirliyi 2007-ci il mayın 16-da açılmış, 2012-ci il avqustun 10-da isə Bakıda Qırğızıstan Respublikasının diplomatik missiyası fəaliyyətə başlamışdır.

Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir, siyasi, ticarət-iqtisadi, humanitar, mədəni və digər sahələrdə uğurla inkişaf edir.

Yüksək səviyyəli görüşlərin dinamikası, beynəlxalq və regional xarakterli bir çox aktual məsələlər üzrə mövqelərin qarşılıqlı dəstəklənməsi Azərbaycan ilə Qırğız Respublikası arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəstəkləyirlər. 19 aprel 2022-ci il tarixdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın dost və qardaş ölkə ilə olduqca mühüm sənədlər imzalaması bütün bu deyilənlərə bariz nümunədir.

Ümumiyyətlə, türkdilli dövlətlər regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlaşma şəraitində münasibətlərini inkişaf etdirirlər.

Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi qeyd etdiyimiz iqtisadi potensialı daha da artırmağa, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizindən daha səmərəli istifadəyə imkan verir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Cənab İlham Əliyevin türkdilli dövlətlər arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir.

Bir sözlə, Azərbaycan Respublikası ilə Qırğızıstan və digər türk dilli dövlətlər arasındakı əlaqələr bir çox sahəni əhatə edir. Eyni zamanda, tərəflər arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.