YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və qalib Azərbaycan” adlı məktəblərarası inşa müsabiqəsinin qalibləri müəyyənləşib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən təşkil edilmiş ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və qalib Azərbaycan” adlı məktəblərarası inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və müzəffər Ordumuzun şücaəti nəticəsində möhtəşəm Zəfərin qazanılması ilə Azərbaycan təhsilində yeni bir səhifə açıldı və bu səhifənin mahiyyəti təhsilin istiqamətini dəyişdi. Qeyd olunub ki, Zəfərimizin gələcək nəsillərə çatdırılmasında, şagirdlərimizin vətənpərvərlik ruhunda böyüməsində inşa müsabiqəsinin böyük əhəmiyyəti var.

Daha sonra inşa müsabiqəsinin qalibləri açıqlanıb. Qiymətləndirmənin nəticələrinə görə, I yerə 78 saylı tam orta məktəbin şagirdi Qurbanova Səbinə Rövşən qızı, II yerə 113 saylı tam orta məktəbin şagirdi Ələkbərova Nəzrin Fariz qızı, III yerə isə 169 saylı tam orta məktəbin şagirdi Əliyeva Leyla İbadət qızı layiq görülüb.