YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının V Qurultayı böyük tarixi hadisədir və xalqımızın Zəfər Qurultayıdır

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Multikultural dəyərləri və zəngin ənənələri ilə fərqlənən Azərbaycan xalqı uzun illərdir ki, bu tarixi hadisəni gözləyirdi. Qurultayın tarixi önəmindən biri onun Türk dünyasının Mədəniyyət Paytaxtı olan Şuşada keçirilməsidir..

Məhz xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi bu yüksək səviyyəli tədbirin işğaldan azad edilmiş Şuşada 65 ölkədən olan 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilməsi tarixin yaddaşına qızıl həflərlə Zəfər Qurultayı kimi yazılacaq.

İlk növbədə ona görə ki, qurultay Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun ilk böyük toplantısı olacaq. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının əvvəlki IV Qurultayı zamanı "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri",  "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində" kimi mövzularda müzakirələr aparılaraq qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciət ünvanlanmışdır.

Fərqli cəhət ondadır ki,  artıq Azərbaycan reallıqları dünya dövlətləri tərəfindən qəbul olunur, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yoxdur və  Dünya Azərbaycanlılarının bu mötəbər tədbiri tarixi zəfərimizin rəmzi olan işğaldan azad edilmiş Şuşada keçiriləcək.

Eyni zamanda, əvvəlki mövzulardan fərqli olaraq  bu mötəbər tədbirdə “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” kimi mövzularda müzakirələr aparılacaq. 

Ona görə də  çox böyük siyasi əhəmiyyətə malik olan bu əlamətdar tarixi hadisə, heç vaxt unudulmayacaq böyük bayramdır və   bu  Qurultay xalqımızın  Zəfər Qurultayıdır.