YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyev bizə dilimizi sevməyi, onu yaşatmağı öyrətmişdir

Həbib Cəfərov

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri

Dünyada neçə dilin olması barədə mübahisələr illərdir səngimir. Bu istiqamətdəki bir dilçi və ya tədqiqatçı dəqiq sayını deyə bilməz. Dünyada altı minə yaxın fərqli ləhcə var. Tanınmış dillərin ümumi sayından yalnız beş yüzü öyrənilmişdir. Bu ümumi dillərin üçdə ikisidir. Dil ünsiyyətdir, dil həyatdır, dil tarixdir, dil mədəniyyətdir və ən əsası dil Ana laylasıdır!

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Keçmiş SSRİ dövründə ana dilimiz məqsədli şəkildə sıxışdırılır, öz dilimizdə ünsiyyətimiz az qala qadağan edilməsi ilə üz-üzə qalmışdı.  Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969 – cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını atdı. Tam qətiyyətlə demək lazımdır ki, ulu öndər Heydər Əliyev keçən əsrin 70-80 – cı illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Ulu öndərin dilimizlə bağlı yeritdiyi siyasət öz bəhrəsini verənədək hansı çətinliklərlə qarşılaşdığını anlamaq çətin deyil. Bütün çətinliklərə baxmayaraq, dahi lider Heydər Əliyev istəyinə nail oldu. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi Heydər Əliyevin təklifi ilə Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dili qəbul edildi.

Azərbaycanı özü qədər sevən, ona bağlı olan dahi şəxsiyyət Heydər Əliyev bizə hər sahədə örnək olduğu kimi dilimizi sevməyi, onu yaşatmağı da öyrətmişdir.