YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda şəhid Eşqin Cəfərzadənin xatirəsi anılıb

Lənkəran şəhərində Vətən müharibəsi şəhidi Cəfərzadə Eşqin Hamlet oğlunun doğum günündə xatirəsi Darquba kəndində anılıb.

Eşqin Cəfərzadənin mövludunun 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatı, Lənkəran şəhər Təhsil Şöbəsi, Heydər Əliyev Mərkəzi, Lənkəran şəhər Gənclərin İnkişafı və Karyera mərkəzinin əməkdaşları, Darquba kənd tam orta məktəbinin müəllim-şagird kollektivi, şəhid ailələri, ziyalılar, ağsaqqallar, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhidin xatirəsinə salınan parkda anım tədbiri keçirilib.  

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Eşqin Cəfərzadənin keçdiyi qısa və mənalı həyat yolundan danışıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib. Şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad olunub.

Şəhid ailəsi göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.