YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Eyni zamanda ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi.

Qeyd olunub ki, dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. 

Partiya veteranı Arzu Rəhimova öz çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi önəmdən və bu diqqət, qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, gənclərə öz tövsiyələrini verib.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.