YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhid Seymur Qocayevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, Quba rayonunun Bağbanlı qəsəbəsindən olan şəhidimiz Qocayev Seymur Mahir oğlunun ailəsini ziyarət ediblər.

Ziyarətçilər şəhidin anası Rəsmiyə Qocayevanı ad günü münasibətilə təbrik ediblər.

Görüşdə Seymur Qocayevin şərəfli döyüş yolu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı barədə söhbət aparılıb.

Şəhidin ailəsi dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən şəhid Seymur Qocayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.