YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda partiya fəalları ilə görüş keçirilib

İdeoloji maarifləndirmə və təbliğat işinin gücləndirilməsi məqsədilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən rayonun Kotanarx kəndində Nehrəxəlil, Kotanarx və Cardam kəndlərindən olan partiya fəallarının bir qrupu ilə görüş keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  sədrliyi ilə cari ilin 12 aprel tarixində keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirənin partiya fəalları arasında müzakirəsinin təşkil edildiyi görüşü YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Emil Əzizov açaraq görüş iştirakçılarına mövzuya dair ümumi məlumat verib.

Görüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov ölkə başçısının müşavirədəki giriş və yekun nitqlərinə diqqət çəkərək, cari ilin birinci rübündə görülmüş işlərin geniş təhlil edildiyini, həmçinin qarşıda dayanan vəzifələrin müəyyənləşdirildiyini qeyd edib. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan edilməsi, müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq qiymətləndirilib.

A.Şahmuradov eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin yorulmadan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırdığını, aparılan qətiyyətli siyasət nəticəsində Azərbaycanın yaratmış olduğu yeni reallıqların dünya tərəfindən qəbul edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Aparılan ordu quruculuğu, azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr,  ölkənin ərzaq təhlükəsizliyi və digər işlərlə bağlı ölkə başçısının müşavirədə verdiyi tapşırıqlar haqqında görüş iştirakçılarına məlumat verilib.

Görüş qarşılıqlı müzakirələr formasında təşkil olunub və partiya fəalları cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasətdən məmnunluqla danışaraq, görülən işlərin geniş insan kütləsi arasında təbliğatını bundan sonra da aparacaqlarını qeyd ediblər.