YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Əzəmi Hüseynovun xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 8 nömrəli ərazi partiya təşkilatının fəalları, Şuşa rayon 20 nömrəli tam orta məktəbin və Xanalılar kənd uşaq musiqi məktəbinin müəllim kollektivi şəhid Hüseynov Əzəmi Əli oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Əzəmi Hüseynovun keçdiyi qısa və şərəfli həyat yolundan danışılıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.