YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhid Natiq Şıxməmmədovun doğum günündə xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Şıxməmmədov Natiq Zakir oğlunun doğum günü uyuduğu Dağ Kəsəmən kənd qəbiristanlığında qeyd olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və partiya fəalları, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin, “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhid Natiq Şıxməmmədovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.