YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Quba rayonunda şəhid Rəvan Əliyevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, Quba şəhərindən olan şəhid Əliyev Rəvan Yusif oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı bildirilib ki, dövlətimiz tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Quba rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Fidan Hüseynova belə qəhrəman oğul böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür etdi və YAP Quba rayon təşkilatı tərəfindən şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini bildirdi.

Şəhid ailəsi göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Rəvan Əliyev Ağdam, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. O, Zəngilan ətrafında aparılan hərbi əməliyyatlar zamanı 22 oktyabr 2020-ci ildə Şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Rəvan Əliyev ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, ”İgidliyə görə” və “Zəngilanın azad olunması”-na görə medalları ilə təltif edilib.

Qeyd edim ki, indi Zəngilandakı postlardan biri “Rəvan postu”, Quba şəhərinin küçələrindən biri “Rəvan Əliyev” küçəsi adlanır.