YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Təbdirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşkilatın əməkdaşı Altay Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, 9 saylı ərazi partiya təşkilatının sədri, tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov, bir qrup professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova Yeni Azərbaycan Partiyasının yaranma tarixi, şərəfli fəaliyyət yolundan bəhs edib.

Tədbirdə çıxış edən 9 saylı ərazi partiya təşkilatının sədri Şasəddin Mikayılov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın sosial, siyasi və iqtisadi həyatında böyük irəliləyişlərə səbəb olub. YAP-ın fəaliyyətində əsas və yeganə yol demokratiya yoludur.  Ərazi partiya təşkilatının sədr müavini Nazilə Yaqubova partiyanın fəaliyyətində gənclərin rolundan bəhs edib.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu deyib. T.QasımlıAzərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafı istiqamətində Ümummilli Liderin müstəsna xidmətlərindən bəhs edib.

Daha sonra ADPU-nun Şamaxı filialının üçüncü kurs tələbəsi Narınc Cəbrayılova “Azərbaycan” şeirini səsləndirib.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulan tələbələrə üzvlük vəsiqələri təqdim olunub.