YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatı və Şamaxı Gənclər və İdman İdarəsi ilə birgə Yunan-Roma güləş növü üzrə Dünya və üç qat Avropa çempionu Rafiq Hüseynovla gənclərin və idmançıların görüşünü təşkil edib

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Prezidenti, Milli Olimpiya Komitəsinin sədri  İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkədə idmanın, eləcə də bədən tərbiyəsinin inkişafı sahəsində böyük inkişafa nail olunduğunu vurğulayıb.

Yığıncaqda çıxış edən  Şamaxı Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı RİHB-ın şəhər üzrə nümayəndəsi Asif Şirəliyev  çıxışlarında bildiriblər ki, Azərbaycanda idmanın inkişafı üçün görülən əməli işlər, bununla bağlı həyata keçirilən Dövlət Proqramları, yeni tikilən Olimpiya İdman Kompleksləri, stadionlar, saysız-hesabsız idman qurğuları, ölkədə yüksək səviyyədə təşkil olunan beynəlxalq yarışlar Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtdırıb. Azərbaycan idmançılarının  dünya, Avropa çempionatlarda, Olimpiya oyunlarında,  beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr göstərilən qayğıların nəticəsidir.

Sonra Yunan-Roma güləş növü üzrə Dünya və üç qat Avropa çempionu Tokioda keçirilən Olimpiya yarışının bürünc mükafatçısı  Rafiq Hüseynov  öz idman həyatında geniş bəhs edib. Sonra tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Sonda Rafiq Hüseynova Fəxri  fərmanı  və xüsusi  hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.